...

AccessBank regional filialının mikrokreditləşmə səviyyəsinin rekord həddə çatdığını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2009 14:33 (UTC +04:00)
Çərşənbə günü AccessBank ən iri filalı olan Gəncə filialının mikrokreditləşmə üzrə portfelinin 15 milyon dollara çatdığını elan edib. Bankın çərşənbə günü yaydığı məlumatda deyildiyi kimi, bu, Azərbaycanda bir filial üçün rekord göstəricidir.
AccessBank regional filialının mikrokreditləşmə səviyyəsinin rekord həddə çatdığını elan edib

Azərbaycan, Bakı, 26 avqust / Trend /

Çərşənbə günü AccessBank ən iri filalı olan Gəncə filialının mikrokreditləşmə üzrə portfelinin 15 milyon dollara çatdığını elan edib. Bankın çərşənbə günü yaydığı məlumatda deyildiyi kimi, bu, Azərbaycanda bir filial üçün rekord göstəricidir.

"İlin əvvəlindən dünya maliyyə bazarındakı çətinləşən vəziyyətə baxmayaraq, AccessBank öz fəaliyyətinin bütün sahələrində sürətli inkişaf tempi nümayiş etdirməyə davam edir, - məlumatda deyilir. - Xüsusilə sürətli artım "Gəncə" filialında müşahidə olunur".

İlin əvvəlindən filial mikrokreditlər üzrə portfelini 30% - 11,6 milyondan 15 milyon dollaradək artırıb. Hazırda təkcə Gəncə filialı hər ay 500-dən artıq sahibkara yeni kreditlər verir, həmçinin filialın kredit müştərilərinin ümumi sayı 8,500-dək artıb.

Bundan başqa, ötən il Azərbaycan Mikromaliyyə Assosiasiyasının konfransında "İlin ən yaxşı yeni məhsulu" adına layiq görülən Aqrokredit məhsulu hesabına "Gəncə" filialı kənd təsərrüfatının inkişafına böyük təkan verir. Hər ay filial 250 aqrokredit verir və bununla da təkcə Gəncənin deyil, həm də ətraf rayonların aqrar sahəsini inkişaf etdirir.

Mikrokreditləşmə vasitəsilə AccessBank 60 000-dən artıq sahibkarın inkişafına yardım edir və ümumilikdə bütün Azərbaycanda, xüsusilə də regionlarda kiçik müəssisələrin inkişafında mühüm rol oynayır, bununla da yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın diversifikasiyasına kömək edir.

AccessBank Azərbaycanda mikro və kiçik biznesmenlərin, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaq məqsədilə yaradılıb. AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hər biri 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləri. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti