...

AccessBank mikrokreditlərdə rekord nəticəyə imza atıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2009 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend /

Avqust AccessBank üçün 20 milyon dolları ötən, verilmiş mikrokreditlərin həcminə görə rekord ay olub. Verilmiş kreditlərin sayı 6 844 olub. Bu barədə çərşənbə axşamı bankdan verilən məlumatda deyilir.

"Belə yüksək göstəricilər sayəsində bankın mikrokredit portfeli 130 milyon dollar və 65 000 kredit həddini aşıb", - məlumatda deyilir.

"Maliyyə bazarındakı vəziyyətin mürəkkəb olmasına baxmayaraq, AccessBank azərbaycanlı sahibkarlar üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut edib, - baş menecer Endryu Pospilovski deyib. - Biz gündən-günə öz fəaliyyətimizi genişləndiririk. Bunun sübutu olaraq, ötən ay biz 2008-ci ilin avqust ayı ilə müqayisədə təxminən iki dəfə çox mikrosahibkarı maliyyələşdirmişik".

İlin əvvəlindən başlayaraq, bankın mikrokredit portfelinin artımı 40 milyon ABŞ dolları təşkil edib ki, bu da 40 faizdən artıqdır, portfeldəki kreditlərin sayı isə 20 minə çatıb, yəni 43 faiz artıb. AccessBank bankın filiallarının fəaliyyət göstərdiyi regionlarda sahibkarların maliyyə mənbəyindən korluq çəkməməsi üçün əlindən gələni əsirgəmir. Bu nəticələr isə bankın öz məqsədlərinə nail olduğunu göstərir.

AccessBank-ın missiyası Azərbaycanda mikro biznesmenlərin, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaqdan ibarətdir.

AccessBank beynəlxalq reytinq agentliyi Fitch tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). AccessBank 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti