...

Azərbaycanın cənub regionunda əhalinin içməli su ilə təchiz edilməsi ilə bağlı vəziyyət yaxşılaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 11 sentyabr / Trend , müxbir P.Əliyeva, Ü.İsmayılova /

Azərbaycanın Masallı rayonunda əhalinin içməli su ilə təchiz edilməsi ilə bağlı vəziyyətin yaxşılaşması məqsədilə regionun kəndlərinə yeni su xətləri çəkilir, bu barədə cümə günü Azərbaycanın Masallı rayonu İcra Hakimiyyətindən bildirilib.

"Azərbaycan regionlarının 2009-2013-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq, rayonda Təzə Alvadı-Həsənli su kəmərinin çəkilməsinə başlanılıb, bu barədə rayon İH-dən bildirilib.

Mənbənin sözlərinə əsasən, uzunluğu 23 kilometr təşkil edən su kəməri Həsənli, Məmmədxanlı, Kürdəbaz, Qarğalıq, Hacıtəpə, Xırmandalı kəndlərini tam şəkildə içməli su ilə təchiz edəcək.

Artıq Təzə Avadlı-Həsənli su kəmərinin 12 kilometri çəkilib, onun istismara verilməsi cari ilin sonuna planlaşdırılır.

"Su kəmərinin çəkilməsi 20 min kənd sakinini içməli su ilə təmin etməyə imkan verəcək", - mənbə bildirib.

2009-cu ilin sonuna kimi kəndlərin su təchizatının yaxşılaşdırılması üçün uzunluğu 21 kilometr təşkil edən Ərkivan-Qızılağac su kəmərinin çəkilməsinə başlanılacaq. Bu xəttin çəkilməsi ilə yeddi kənddə içməli su problemi həll ediləcək.

2008-ci ildə Masallı şəhərində 17 kilometr uzunluğunda Ərkivan-Yusifli su kəməri çəkilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti