...

"Caspian Agro-2009" sərgisi Azərbaycanda kənd təsərrüfatının dinamik inkişafını nümayiş etdirir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2009 14:13 (UTC +04:00)

Bakı, Azərbaycan, 06 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bakıda keçirilən "Caspian Agro-2009" sərgisi Azərbaycanda kənd təsərrüfatının dinamik inkişafının göstəricisidir, çərşənbə axşamı açıq sərgidə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

"Düşünürəm ki, bugünkü sərgi şirkətlərlə Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac potensialını yaxşılaşdırmaq məqsədilə tərəfdaş münasibətlərini qurmaqda yardım edə bilər", - nazir bildirib.

Onun sözlərin əsasən, sərgidə 10 ölkədən 85 pavilyon təqdim olunub.

Heydər Əliyev adına İdman-Sərgi kompleksində oktyabrın 9-na kimi davam edəcək "Caspian Agro-2009" sərgisinin təşkilatçıları Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanın Ticari-Sənaye Palatası və Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondudur (Azpromo).

Xəbər lenti

Xəbər lenti