...

Azərbaycanda ümumi çəkisi 170 kiloqram olan vaxtı ötmüş ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2009 13:50 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 170 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar edərək satışdan çıxarıb. Bu barədə idarənin bazar ertəsi yayılan məlumatında deyilir.
Azərbaycanda ümumi çəkisi 170 kiloqram olan vaxtı ötmüş ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 26 oktyabr / Trend , müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 170 kiloqram olan saxlama müddəti ötmüş ərzaq məhsulları aşkar edərək satışdan çıxarıb. Bu barədə idarənin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nərimanov, Nəsimi və Binqədəi rayonlarında, həmçinin Gəncə şəhərində keçirilib.

Mağazalarda kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 53 hüquqi şəxsə 199,2 min manat, 524 fiziki şəxsə 783 min manat cərimə tətbiq olunmuşdur.

Oktyabrın 26-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti