...

Keyfiyyətin idarə edilməsi üzrə məşhur mütəxəssis Bakıda seminar keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2009 17:25 (UTC +04:00)
Keyfiyyət, bençmarking və statistika sahəsində məşhur və aparıcı biznes məsləhətçilərindən biri Qreqori Vatson Bakıda "Keyfiyyətin strategiyası - kreativ ideyalardan effektiv idarəetməyə qədər" adlı üç günlük seminar keçirəcək. Seminar 15-17 dekabr tarixlərində keçiriləcək.
Keyfiyyətin idarə edilməsi üzrə məşhur mütəxəssis Bakıda seminar keçirəcək

Azərbaycan, Bakı, 29 oktyabr / Trend /

Keyfiyyət, bençmarking və statistika sahəsində məşhur və aparıcı biznes məsləhətçilərindən biri Qreqori Vatson Bakıda "Keyfiyyətin strategiyası - kreativ ideyalardan effektiv idarəetməyə qədər" adlı üç günlük seminar keçirəcək. Seminar 15-17 dekabr tarixlərində keçiriləcək.

Seminarın əsas mövzuları:

- "Keyfiyyətin idarə edilməsi biznes rəqabərini artırır";

- "Biznesin idarə edilməsində keyfiyyətin əlamətləri və beynəlxalq standartlar";

- "Biznesin idarə edilməsi - gəlir artımının ugurlu amili";

- "Altı siqma-effektiv idarəetmə tərzi və xərclərin azaldılması".

Qreqori Vatson 1980-ci ildən professional məsləhətçi kimi fəaliyyət göstərir. Hazırda o, Nokia Mobile, American Express, ChevronTexaco, ExxonMobil, Toyota, Nissan, Ford, Toshiba, Sony, Compaq, HP, Intel, IBM, DuPont, Xerox, Nestle, Citigroup, Monsanto, Alied Irish Bank, Deutsche Bank, British Telecom, TeliaSonera, Gemplus, ST Microelectronics, Johnson Controls, AT&T və s. kimi məşhur şirkətlərin aparıcı məsləhətçisidir.

Bu gün Vatson Business Excellence Solutions şirkətinin sədri və Beynəlxalq Keyfiyyət Akademiyasının prezidentidir.

2000-ci ildə Quality Progress jurnalı onun adını XXI əsrdə keyfiyyətin idarə olunması sahəsində dünyanın ən yaxşı ekspert-məsləhətçiləri siyahısına salıb.

Vatsonun kitabları dünyanın 100 ölkəsində nəşr olunub və bir çox dillərə tərcümə olunub. 2007-ci ildə Amerika Keyfiyyət Cəmiyyəti (ASQ) Vatsonun nəşrlərini biznesin idarə olunmasında əhəmiyyəti olan qiymətli işlərin siyahısına daxil edib.

2008-ci ildə Vatson elm və mühəndis peşəsi sahəsində xidmətlərinə görə "İlin adamı" seçilib.

Seminarda iştirakla maraqlananlar seminarın rəsmi saytına müraciət edə bilərlər: www.mastering-quality.az

TREND agentliyi seminarın keçirilməsinə informasiya dəstəyi göstərir.

Xəbər lenti

Xəbər lenti