...

Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə dövlət xərcləri artırılacaq - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 14:39 (UTC +04:00)
2010-cu ildə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatının maliyyələşdirilməsi xərclərinin 1-1,5 faiz artırılması planlaşdırılır, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə dövlət xərcləri artırılacaq - nazir

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir A.Bədəlova /

2010-cu ildə Azərbaycanın dövlət büdcəsində kənd təsərrüfatının maliyyələşdirilməsi xərclərinin 1-1,5 faiz artırılması planlaşdırılır, bu barədə cümə günü Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

"Xərclərin artırılması əsasən kənd təsərrüaftı sistemində elmi əməkdaşların əmək haqlarının artırılması üçün nəzərdə tutulur", - nazir qeyd edib.

Onun sözlərinə əsasən, cari ildə Azərbaycanda məhsul yığımı üzrə rekord göstəricilər müşahidə edilib və 2010-cu ildə sözügedən tendensiyanın saxlanılması planlaşdırılır.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda doqquz ay ərzində kənd təsərrüfatı sahəsində üç faizlik artım müşahidə olunub, onun 2,2 faizi heyvandarlıq hesabına təmin olunub.

Abbasovun sözlərinə əsasən, bununla yanaşı doqquz ay ərzində kənd təsərrüfatı istehsalı sahələrində, xüsusilə pambıqçılıq və bostançılıq sahələrində azalma müşahidə olunub ki, bu da əsasən təbbi fəalkətlərin nəticəsində baş verib.

Nazirin sözlərinə əsasən, 2009-cu ilin səkkiz ayı ərzində Azərbaycandan 204,263 milyon dollar həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub ki, onun da 93,4 milyon dolları bitkiçilik, 10,575 milyon dolları heyvandarlıq və 100,231 milyon kənd təsərrüfatı emalı məhsullarının payına düşüb.

Azərbaycana bu dövr ərzində 449,691 milyon dollar məbləğində kənd təsərrüfatı məhsulları idxal olunub ki, onun da 174,251 milyon dolları bitkiçilik, 36,059 milyon dolları heyvandarlıq və 239,367 milyon dolları emal məhsullarının payına düşüb.

"Aqrolizinq" dövlət şirkətinin fəaliyyəti haqqında danışarkən nazir bildirib ki, şirkət fəaliyyətə başladığı gündən ümumilikdə 210,5 milyon manat vəsait ayrılıb.

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışı üçün cəmi 343 yarmarka keçirilib ki, bu yarmarkalar vasitəsilə 77 min ton məhsul satılıb", - nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti