...

Azərbaycanda ÜSY-nin təyinatı üçün avtomatlaşdırılmış sistem tətbiq olunacaq – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2009 19:14 (UTC +04:00)
Azərbaycanda ay yarım ərzində ünvanlı sosial yardımın (ÜSY) yeni təyinatları dayandırılıb. Bu barədə çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.
Azərbaycanda ÜSY-nin təyinatı üçün avtomatlaşdırılmış sistem tətbiq olunacaq – nazir müavini

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanda ay yarım ərzində ünvanlı sosial yardımın (ÜSY) yeni təyinatları dayandırılıb. Bu barədə çərşənbə axşamı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

"Dayandırılmaya bəzilərinin dediyi kimi vəsait çatışmazlığı deyil, texniki məsələlər səbəb olub", - Rəhimov deyib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq strukturları ÜSY-nin təyinatlarının avtomatlaşdırılmış sistemə keçirilməsi üçün inventarizasiya keçirir. Yeni təyinatların ay yarım dayandırılması inventarizasiyanın müəyən vaxt tələb etməsi ilə əlaqədardır. Rəhimovun sözlərinə görə, yeni təyinatların bərpası dekabrdan gözlənilir.

Nazir müavini həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 150 min ailə ünvanlı sosial yardım alır və nazirliyin yardım alanların aktiv həyata qayıtması üçün həyata keçirdiyi bir sira tədbirlərlə əlaqədar olaraq, bərpadan sonra müavinət alanların sayı ixtisara salınacaq.

"ÜSY alan əlillər üçün əlilliyə görə xüsusi müavinət ayrılacaq, lakın maddi vəziyyəti aşağı olması ilə əlaqədar yardım alan şəxslər işə dəvət olunacaq", - Rəhimov deyib.

Nazir müavinin fikrincə, ÜSY alan ailələrin sayı hazırda əməkhaqqının yüksəlməsi, pensiyaların, əhalinin gəlirlərinin artırılması, yeni iş yerlərinin açilması ilə əlaqədar olaraq ixtisara salınacaq.

"Fikirləşirəm ki, ÜSY alan ailələrin sayı 140-150 min civarında olacaq və ehtiyac kriteriyasına müvafiq olaraq, hər bir şəxs builki 90-100 manata nisbətdə 110-120 manat alacaq", - Rəhimov deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda ÜSY-nin tətbiq olunması ölkədə yoxsulluğun 20 faiz aradan qaldırılmasına imkan verib.

Dünya Bankının ekspertləri ölkədə ÜSY sahəsində monitorinq keçirib və nəticədə aydın olub ki, Azərbaycan mexanizmində 90 faizə qədər ünvanlı sosial yardım alan təmin edilir. "Azərbaycanın ÜSY mexanizmi dünyanın ən effektiv mexanizmlərindən biridir", - Rəhimov deyib.

Onun sözlərinə görə, monitorinqin nəticələri ilə əlaqədar olaraq, azərbaycanlı mütəxəssislər mexanizmin təqdimatını keçirmək üçün Vaşinqtona konfransa dəvət olunublar.

ÜSY təyinatları və verilməsi ilə bağlı mənfi faktlardan danışarkən Rəhimov deyib ki, son üç il ərzində 10-dan çox sosial yardım orqanının rəhbəri və təqribən 40 müfəttiş töhmət alıb.

"Əhaliyə kömək edən - ÜSY mexanizmi və maliyyə vəsaiti ayıran struktur bu prosesə nəzarət etməlidir", - Rəhimov deyib.

Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Həcmi 60 manat (2010-cu ildə 65 manat) təşkil edən ünvanlı sosial yardım ehtiyac kriteriyasının müxtəlifliyi və ailənin hər bir üzvünün gəlirinin həcmi nəzərə alınaraq təyin olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti