...

Parabank "Uşaq Əmanəti"ndə daha sərfəli şərtlər təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 17:00 (UTC +04:00)
Parabank "Uşaq Əmanəti"nin şərtlərinə dəyişiklik edib.
Parabank "Uşaq Əmanəti"ndə daha sərfəli şərtlər təqdim edir

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

Parabank "Uşaq Əmanəti"nin şərtlərinə dəyişiklik edib. Bu barədə bankın məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, "artıq Siz ilkin ödəniş 200 manat olmaqla əmanət yerləşdirə bilərsiniz". Əmanətin müddəti 18 yaş tamam olanadəkdir. Qeyd edək ki, əmanət faizləri ildə bir dəfə əsas məbləğə əlavə edilir. Müştəri minimum məbləği yerləşdirməklə müddətin sonunda 2115.29 manat, ABŞ dolları ilə isə 1805.08 məbləğ əldə edir.

"Uşaq Əmanəti" əlavə üstünlüklərə də malikdir. Belə ki, adına əmanət yerləşdirilən uşağın hər bir əlamətdar günündə (ad günləri, birinci sinifə getməsi və s.) bank tərəfindən hədiyyə veriləcək.

Müştərilərinin rahat şəkildə informasiya əldə etməsi məqsədilə Parabank Call Centre yaradıb. Şəhər telefonlarından 139, mobil operatorlardan isə 012 139 nömrəsini yığmaqla, PARABANK və məhsulları haqqında ətraflı məlumat almaq olar. Bundan əlavə, 139 nömrəli telefona zəng etməklə tariflər, valyuta məzənnələri, plastik kartlar, kreditlər haqqında, həmçinin iş yerinizə və ya evinizə ən yaxın olan Parabank filialının yerləşdiyi yeri və əlaqə telefonlarını öyrənmək olar.

Xəbər lenti

Xəbər lenti