...

"Sumqayıt karton" MMC-də tikinti-quraşdırma işləri başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 12:25 (UTC +04:00)
Sumqayıtda xam kağız emalı müəssisəsi – “Sumqayıt karton” Məhdud Məsuliyyətli Cəmiyyətdə tikinti-quraşdırma işləri başa çatıb. Bu barədə şəhərin İcra Hakimiyyətinin məlumatında deyilir.
"Sumqayıt karton" MMC-də tikinti-quraşdırma işləri başa çatıb

Azərbaycan, Bakı, 26 noyabr/Trend capital/

Sumqayıtda xam kağız emalı müəssisəsi - "Sumqayıt karton" Məhdud Məsuliyyətli Cəmiyyətdə tikinti-quraşdırma işləri başa çatıb. Bu barədə şəhərin İcra Hakimiyyətinin məlumatında deyilir.

Müəssisənin istehsal korpusu və inzibati binası, məişət yeri tikilib. İstehsal təyinatlı bütün avadanlıqlar quraşdırılıb, texniki sazlama işləri aparılıb və sınaq nümunəsi alınıb.

Bakı-Quba şosse yolundan müəssisəyə yeni yol çəkilib. Müəssisə ərazisində abadlıq işləri başa çatmaq üzrədir.

Hazırda Sumqayıtda bir neçə sənaye sahələrində tikinti-quraşdırma işləri aparılır. Bunlara iplik istehsalı müəssisəsi "İntertekstil" ASC, "Xovlu İplik" ASC, elektrik naqilləri və kabellər istehsal edəcək "Sumqayıt Texnologiyalar Parkı" və Azərsun Holdinqin Sumqayıt fabriki daxildir.

Xəbər lenti

Xəbər lenti