...

Bakının torpaq bazarı ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2010 11:31 (UTC +04:00)
2009-cu ilin dekabrında Bakının torpaq bazarında bir sotun orta qiməti 5,6% azalaraq 15 086 dollar olub. Noyabr ayında isə bu göstərici 15 982 dollar təşkil edib.
Bakının torpaq bazarı ucuzlaşmaqda davam edir

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ilin dekabrında Bakının torpaq bazarında bir sotun orta qiməti 5,6% azalaraq 15 086 dollar olub. Noyabr ayında isə bu göstərici 15 982 dollar təşkil edib. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən cümə günü məlumat verilib. Qiymətlərin azalması şəhərin bütün zonalarında müşahidə olunub.

Qiymətlərin ən əhəmiyyətli azalması Bakının Binəqədi rayonunda (6,6%) olub.

Bir sotu 200 min dollar olmaqla, ən bahalı torpaq sahəsi Bakının Nərimanov rayonunda təklif edilib, ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda təklif edilib - 350 dollar.

Bakının torpaq bazarında ən aktiv rayon Binəqədi, ən passiv isə Nəsimi rayonu olub.

Ümumilikdə, bazarda 817,3 hektar torpaq təklif edilib ki, bunlardan da 76,9%-i boş ərazi olub.

Torpaq sahələrinin ekspozisiya müddəti dekabrda daha 1,2% artaraq 247 günə çatıb ki, bu da təklifin tələbi xeyli üstələməsi ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti