...

Azərbaycanın Auditorlar Palatası Azərbaycanda fəaliyyət göstərən auditorların sayını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2010 12:32 (UTC +04:00)
2010-cu il yanvarın 19-na olan vəziyyətə görə, Azərbaycanda 50 hüquqi (48 yerli, iki xarici şirkət və nümayəndəliklərin filialı), həmçinin 44 müstəqil auditor fəaliyyət göstərir. Bu barədə Azərbaycanın Auditorlar Palatasından deyilib.

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2010-cu il yanvarın 19-na olan vəziyyətə görə, Azərbaycanda 50 hüquqi (48 yerli, iki xarici şirkət və nümayəndəliklərin filialı), həmçinin 44 müstəqil auditor fəaliyyət göstərir. Bu barədə Azərbaycanın Auditorlar Palatasından deyilib.

Məlumatda qeyd edilib ki, Azərbaycanın Auditorlar Palatası yanvarın 15-də "Audit-Servis" MMC-nin lisenziyasını bərpa edib, həmçinin yanvarın 13-də "Kaspian Audit Servis" şirkətinə və yanvarın 19-da "Qarant audit" şirkətinə lisenziya verib.

Auditorlar palatası həmçinin yanvarın 11-də müstəqil auditor Nizami Axundovun, İlqar Məmmədovun, yanvarın 18-də İlqar Quliyevin, yanvarın 3-də İlham Ələkbərovun lisenziyasını bərpa edib.

Yanvarın 29-na olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti