Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib. Ötən həftə orta məzənnə bir ABŞ dollarına 0,80344 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi fevralın 1-5-də bir ABŞ dolları üçün 0,8035 manat, minimum isə fevralın 3-5-də bir ABŞ dollarına 0,8034 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
25 yanvar |
0,8033 |
1 fevral |
0,8035 |
26 yanvar |
0,8034 |
2 fevral |
0,8035 |
27 yanvar |
0,8034 |
3 fevral |
0,8034 |
28 yanvar |
0,8035 |
4 fevral |
0,8034 |
29 yanvar |
0,8035 |
5 fevral |
0,8034 |
Həftə ərzində orta |
0,80342 |
Həftə ərzində orta |
0,80344 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Orta məzənnə bir ABŞ dollarına 0,80318 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): fevralın 1-də 0,8035 AZN/USD məzənnə ilə $2,3 milyon, fevralın 2-də 0,8030 AZN/USD məzənnə ilə $4,666 milyon, fevralın 3-də 0,8034 AZN/USD məzənnə 2,286 milyon, fevralın 4-də 0,8030 AZN/USD məzənnə ilə $3,7 milyon və fevralın 5-də 0,8030 AZN/USD məzənnə ilə $3,65 milyon.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
25 yanvar |
0,8032 |
1 fevral |
0,8035 |
26 yanvar |
0,8032 |
2 fevral |
0,8030 |
27 yanvar |
0,8035 |
3 fevral |
0,8034 |
28 yanvar |
0,8026 |
4 fevral |
0,8030 |
29 yanvar |
0,8035 |
5 fevral |
0,8030 |
Həftə ərzində orta |
0,8032 |
Həftə ərzində orta |
0,80318 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özəlləşdirmə çeklərinin istifadə prosesinin təmin olunmasına dair əlavə tədbirlər haqqında fərmanına əsasən, çeklərin istifadə müddəti daha bir il - 2011-ci il yanvarın 1-nə qədər uzadılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]