...

2010-cu ildə AYİB Azərbaycan iqtisadiyyatına 100-200 milyon dollara yaxın investisiya qoymaq niyyətindədir - bank rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.İsmayılova/

2010-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan iqtisadiyyatına 100-200 milyon dollara yaxın investisiya qoymaq niyyətindədir. Bunu çərşənbə axşamı Bakıda səfərdə olan AYİB prezidenti Tomas Mirou deyib.

"Biz Azərbaycanın maliyyə və daşınmaz əmlak sektorlarına investisiya qoyuluşunu davam etdirəcəyik", - AYİB rəhbəri bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə bank Azərbaycan iqtisadiyyatına 230 milyon avro həcmində investisiya qoyub. Bunun 120 milyonu Qaradağ sement zavodu layihəsinin maliyyələşdirilməsinə yönəlib.

"Bu [Qaradağ sement zavodu layihəsinə investisiya qoyuluşu], növbəti dəfə AYİB-in Azərbaycan iqtisadiyyatının real sektorunun dəstəklənməsi üzrə məqsədlərinin reallaşdığını göstərir.

Onun sözlərinə görə, ümumilikdə, AYİB-in Azərbaycan üzrə layihələrinin sayının artması müşahidə olunur. Bank ümumi məbləği 1,4 milyard dollar həcmində 103 layihəni maliyyələşdirib. AYİB ilə əməkdaşlıq edən maliyyə institutları bankdan 69 kredit xətti və ümumi məbləği 223 milyon dollar həcmində kapital qoyuluşu alıblar.

Xəbər lenti

Xəbər lenti