...

DəmirBankda əhalinin əmanətlərinin həcmi 73 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2010 18:36 (UTC +04:00)
DəmirBankın aktivləri 2010-cu il martın 1-nə 264,9 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,7 milyon manat və ya 23,7% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 16,9 milyon manat artaraq 178,9 milyon manata çatıb.
DəmirBankda əhalinin əmanətlərinin həcmi 73 faiz artıb

Azərbaycan, Bakı, 30 mart / Trend /

DəmirBankın aktivləri 2010-cu il martın 1-nə 264,9 milyon manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 50,7 milyon manat və ya 23,7% çoxdur. Bankın kredit portfelinin həcmi isə il ərzində 16,9 milyon manat artaraq 178,9 milyon manata çatıb. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bankda müştəri depozitlərinin həcmi 2010-cu il martın 1-nə 89,9 milyon manat olub. Əhalinin əmanətlərinin həcmi 2010-cu il martın 1-nə 75,5 milyon manat təşkil edib ki, bu göstərici hesabat dövrü ilə müqayisədə 73,3% və ya 31,9 milyon manat çoxdur.

Bankın nizamnamə kapitalı 2010-cu il martın 1-nə 18,4 milyon manat, məcmu kapitalı isə 48,2 milyon manat təşkil edib.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti