...

Azərbaycanın Sahibkarlar Konfederasiyası və Fransa - Azərbaycan Ticarət Palatası əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında razılaşıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın Sahibkarlar Konfederasiyası və Fransa - Azərbaycan Ticarət Palatası əməkdaşlığı gücləndirir. Bu barədə Konfederasiyanın cümə axşamı yayılan məlumatında deyilir.

"Konfederasiyanın baş katibi Məhəmmədəli Əfəndiyev və Ticarət Palatasının layihə rəhbəri Kəmalə Muradova ilə görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçirilib",- məlumatda bildirilir.

Görüşdə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması; investisiya sahəsində elmi və praktiki təhlillərin aparılmasından; üzvlərin birgə görüşlərinin, seminarların, sərgilərin və konfransların təşkil edilməsindən; ASK ilə Fransa - Azərbaycan Ticarət Palatasının potensiallarından və müvafiq resurslardan birgə istifadə edilməsi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti