...

Paşa Sığorta şəxsi avtoparkı üçün sığortaçı cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2010 20:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir Ü.İsmayılova/

"Paşa Sığorta" ASC 12 avtomobildən ibarət xidməti avtoparkın sığortalanması üçün şirkətləri cəlb etmək üzrə tender elan edib. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilib.

Sığortaçıların cəlb olunmasına zərurət şəxsi risklərin diversifikasiyası məqsədilə meydana gəlir.

Tenderdə bu növ sığorta fəaliyyəti ilə məşğul olmağa dair Azərbaycan Maliyyə Nazirliyinin lisenziyasına malik, həmçinin avtomobil sığortası bazarında iş təcrübəsinə malik sığorta şirkətləri iştirak edə bilər.

Şirkətlərin seçilməsi zamanı müştərilərə göstərilən xidmətlərin keyfiyyətinə üstünlük veriləcək.

Tender təklifləri aprelin 20-dək qəbul edilir.

Paşa Holdinq qrupunun üzvü olan Paşa Sığorta korporativ və fərdi müştərilərə 30 növdə sığorta xidmətləri göstərir. 9 milyon manat nizamnamə kapitalı və 19,5 milyon manat müştərək aktivlərlə Paşa Sığorta 2009-cu ilin yekunlarına görə ölkədə kapitallaşmanın həcminə görə iri sığortaçı beşliyinə daxil olub.

Aprelin 1-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti