...

Azərbaycan bankı AccessBank müştərilərin mühafizəçisi kimi tanınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2010 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

AccessBankMikromaliyyələşdirmə Mərkəzinin (MFC) Qazaxıstanda keçirilən illik konfransında müştəriləri mühafizə etmək və onların həddən artıq borclanmasının qarşısını almaq üzrə təcrübəsinə görə mükafat alıb. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

Mükafat MFC ilə birgə Smart Campaign - müştərilərin maraqlarının qorunması ilə məşğul olan mikromaliyyələşdirmə təşkilatlarının beynəlmiləl hərəkatı tərəfindən verilib. AccessBank müştəriləri mühafizə etməyə görə Qafqazda mükafat alan yeganə təşkilat olub.

Bundan əlavə, AccessBank sosial göstəricilər hesabatına görə də mükafat alıb. Bu mükafat şəffaflıq və dəqiqlik prinsiplərinə uyğun fəaliyyət göstərən mikromaliyyə institutlarının nailiyyətlərini nümayiş etdirir. Mükafat 2009-cu ildə CGAP və Ford Foundation, Michael & Susan Dell Foundation və Social Performance Task Force tərəfindən yaradılıb və Microfinance Information Exchange (the MIX - mikromaliyyələşdirmə təşkilatlarının maliyyə və sosial fəaliyyəti haqqında məlumat təchiz edən beynəlmiləl təşkilat) tərəfindən tətbiq olunur.

"AccessBank-ın fəaliyyətə başladığı ilk gündən biz məsuliyyətli bank olmağı qarşımıza məqsəd qoymuşuq və maliyyə xidmətlərimizin müştərilərimiz üçün həqiqətən faydalı olmasına çalışmışıq. Bu, ilk növbədə, krediti yalnız onun fayda verəcəyi müştərilərə vermək və müştərilərin həddən artıq borclanmasının qarşısını almaq deməkdir. Bu mükafat bizim öz məramımıza sadiqliyimizi təsdiq edir", - AccessBank-ın baş meneceri Andrü Pospilovski mükafatla əlaqədar qeyd edib.

АccessBank-ın missiyası aşağı və ortagəlirli Azərbaycan ailələrinin, eləcə də mikro və kiçik müəssisələrin maliyyə xidmətlərindən yararlanmasını təmin etməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan özəl bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5%) və Almaniyanın LFS Financial Systems GmbH (3,5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti