...

Azərbaycanda satılan duzun 50 faizindən çoxu yodlaşdırılmayıb – Azad İstehlakçılar Birliyi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2010 15:10 (UTC +04:00)
Azərbaycanda satılan yodun 50 faizindən çoxu yodlaşdırılmayıb. Bu barədə "Azad İstehlakçılar Birliyi" QHT-nin rəhbəri Eyyub Hüseynov çərşənbə günü mətbuat konfransında bildirib.
Azərbaycanda satılan duzun 50 faizindən çoxu yodlaşdırılmayıb – Azad İstehlakçılar Birliyi (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda satılan yodun 50 faizindən çoxu yodlaşdırılmayıb. Bu barədə "Azad İstehlakçılar Birliyi" QHT-nin rəhbəri Eyyub Hüseynov çərşənbə günü mətbuat konfransında bildirib.

"Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə UNICEF (BMT-nin uşaq fondu) ilə birgə reallaşdırılan layihə nəticəsində, biz 10 il ərzində duzda yodun səviyyəsinin 20 faizdən 85 faizədək artmasına nail olmuşuq", - Hüseynov deyib.

Onun sözlərinə görə, duz bazarında son araşdırmaların nəticəsi göstərir ki, bu göstərici yenidən 50 faizədək aşağı düşüb ki, bu da ölkə əhalisinin sağlamlığında ciddi problemlər yaradır, uşaq ölümünün səviyyəsi və digər problemlər artır.

Hüseynov qeyd edib ki, Azərbaycana idxal olunan yodun böyük hissəsi də yodlaşdırılmayıb, ölkənin özündə isə kifayət qədər yodlaşdırılmamış 30 addan çox duz istehsal olunur.

QHT rəhbərinin sözlərinə görə, Azərbaycanda ən ciddi problem bu günədək bəzi adamların qanunsuz olaraq Masazır qəsəbəsi ətrafındakı göldən duz toplayaraq, emal olunmamış şəkildə Bakıdakı çörək istehsalı sexlərinə satmalarıdır.

"Hazırda çörək və digər qida məhsullarının istehsalı üçün 70 faizə yaxın Masazır gölündən çıxarılan emal olunmamış və təmizlənməmiş duzdan istifadə edilir", - Hüseynov deyib.

O qeyd edib ki, aparılan araşdırmaların nəticələrinə görə, ölkənin istehlak bazarında yeganə keyfiyyətli və yodlaşdırılmış duz "Azersun Holding" və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) təsis etdiyi "Azərbaycan Duzu İstehsalat Birliyi" QSC-də istehsal olunan duzdur.

"Sabahdan Azad İstehlakçılar Birliyi ölkənin istehlak bazarında sağlamlıq üçün təhlükəli olan duzdan istifadə faktlarının aşkara çıxarılması üçün növbəti monitorinqə başlayır. Sabah biz İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Gömrük Komitəsinə istehlakçıların hüquqlarının müdafiəsi və əhali arasında ciddi xəstəliklərin qarşısını almağa dəstək göstərmək üçün məktub göndərəcəyik", - Hüseynov bildirib.

1,9 milyon manatlıq layihədə AİŞ-nin investisiyaları "Azərbaycan duzu"nun nizamnamə kapitalında 25 faizlik iştiraka imkan verib, yerdə qalan 75 faiz isə "Azersun Holding"ə məxsusdur.

Zavod Masazır gölünün yaxınlığında tikiləcək. Bu ərazidə zavod və göldən duzun yığılması üçün infrastruktur (nasoslar və s.) yerləşdiriləcək. Duz əvvəlcə Masazır gölündəki sahələrdən yığılacaq. Gələcəkdə Türkmənistandan da duz tədarükü nəzərdə tutulub.

Yodlaşdırılımış duza böyük tələbat olduğundan, zavodun istehsal gücünü sutkada 200 tona çatdırmaq qərara alınıb. Əvvəllər isə illik istehsal 30 min ton olmaqla, gündəlik 100 ton yodlaşdırılmış qida duzu istehsal etmək planlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti