...

Azərbaycanda I yarımildə kənd təsərrüfatı məhsullarının sabit qiymətlər üzrə dəyəri 1,3 milyard manatı ötüb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2010 13:44 (UTC +04:00)
İlin birinci yarısında Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəştlər nəticəsində, kənd təsərrüfatı məhsullarının sabit qiymətlər üzrə dəyəri 1,306 milyard manat təşkil edib. Bu barədə çərşənbə axşamı kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edərkən deyib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
Azərbaycanda I yarımildə kənd təsərrüfatı məhsullarının sabit qiymətlər üzrə dəyəri 1,3 milyard manatı ötüb - nazir

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir Ü.İsmayılova/

İlin birinci yarısında Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəştlər nəticəsində, kənd təsərrüfatı məhsullarının sabit qiymətlər üzrə dəyəri 1,306 milyard manat təşkil edib. Bu barədə çərşənbə axşamı kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısı üzrə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında çıxış edərkən deyib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.

"Bu il məhsul əldə etmək üçün ötən ilin payızında və cari ilin yazında 950 min hektar ərazidə dənli və paxlalı bitkilər əkilib ki, bunun 674,6 min hektarı buğdanın payına düşür", - nazir bildirib.

Onun sözlərinə görə, iyulun 12-nə olan vəziyyətə görə, ölkədə 802,7 min hektar (84 faiz) ərazidə əkin həyata keçirilib və nəticədə, 1,594 milyon ton dənli və paxlalı bitki istehsal olunub.

Nazir deyib ki, taxıl yığımı üçün mütəşəkkil kampaniyanın keçirilməsi məqsədilə, "Aqrolizinq" ASC-də nazirliyin xətti ilə xüsusi qərargah, eləcə də "qaynar xətt" yaradılıb. "Aqrolizinq" taxıl yığımının effektli olması üçün ümumilikdə 3,11 min müasir taxılyığan kombayndan istifadə edib ki, bu da ötənildəkindən 236 ədəd çoxdur və nəticədə, taxılın itkisiz yığımı təmin edilib.

Abasov onu da bildirib ki, əlverişsiz hava şəraitinə baxmayaraq, 99 min hektar ərazidən 680 ton mevə və giləmeyvə toplanması proqnozlaşdırılır. 2010-cu ildə 375,7 min hektar sahədə yazlıq bitkilər əkilib. Bu, keçənildəkindən 18,6 min hektar çoxdur. O cümlədən, təxminən, keçənilki səviyyədə - 66 min hektar sahədə kartof, 32,5 min hektar və ya keçənildəkindən 1,3 min hektar çox bostan və 81,1 min hektar sahədə və ya keçənildəkindən 1,2 min hektar çox tərəvəz bitkiləri əkilib. Yaşıl çay plantasiyalarında əvvəlki illərə nisbətən qulluq işləri yaxşılaşdırılmış və 450 ton yaşıl çay yarpağı istehsalı gözlənilir. Nazir bildirib ki, heyvandarlıq üçün yem bazasının möhkəmləndirilməsi məqsədilə 78,2 min hektar ərazidə çoxillik bitkilərin əkini həyata keçirilib ki, bu da 2009-cu ildəkindən 6,5 min hektar çoxdur.

Xəbər lenti

Xəbər lenti