...

Azərbaycanın istehlak bazarından yarım tona yaxın vaxtı keçmiş ərzaq məhsulları və təxminən 13 ton sement çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 17:35 (UTC +04:00)
Növbəti monitorinqlər zamanı ümumi çəkisi 490 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanın istehlak bazarından yarım tona yaxın vaxtı keçmiş ərzaq məhsulları və təxminən 13 ton sement çıxarılıb

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ümumi çəkisi 490 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında da nəzarət tədbirləri davam etdirilir. Şəmkir rayonu, Gəncə-Şəmkir yolunda yerləşən "ESE" ticarət mərkəzində aparılan yoxlama zamanı 12,7 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar edilərək satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti