...

Paşa Bank Azərbaycan bankları arasında ilk dəfə olaraq SIBOS 2010 beynəlxalq bankçılıq sərgisində rəsmi eksponent qismində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 17:39 (UTC +04:00)
Paşa Bank SIBOS 2010 ənənəvi illik beynəlxalq bankçılıq sərgisində rəsmi eksponent qismində iştirak edəcək ilk Azərbaycan bankıdır.
Paşa Bank Azərbaycan bankları arasında ilk dəfə olaraq SIBOS 2010 beynəlxalq bankçılıq sərgisində rəsmi eksponent qismində iştirak edəcək

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Paşa Bank SIBOS 2010 ənənəvi illik beynəlxalq bankçılıq sərgisində rəsmi eksponent qismində iştirak edəcək ilk Azərbaycan bankıdır. Bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir. Forum oktyabrın 25-29-da Amsterdamda (Niderland) keçiriləcək.

"Bankın sərgidə iştirakı onun beynəlxalq əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, həmçinin Azərbaycan bazarında yüksəksəviyyəli bank məhsullarının istehsalına yönəldilən strategiyasından qaynaqlanır. Müasir və proqressiv bank üçün SIBOS yeni görüşlərin və danışıqların aparılması, əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün nüfuzlu və unikal meydandır", - məlumatda qeyd olunub.

SWIFT şirkəti tərəfindən təşkil edilən SIBOS forumları 1978-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il qəbul edən ölkə Niderlanddır. Oktyabrın 25-dən 29-dək Amsterdam şəhərində forum çərçivəsində konfrans və sərgi keçiriləcək. SIBOS sərgisi qonaqların sayına görə dünyanın ən iri bankçılıq sərgisidir.

İldə bir dəfə SIBOS şirkət və sahibkarlara əməkdaşlıq üçün yeni imkanlar yaratmaq məqsədi ilə maliyyə dünyasını birləşdirir. Forumda maliyyə dünyasının mühüm inkişaf problemləri, beynəlxalq maliyyə bazarlarının vəziyyəti və onların təkmilləşdirilməsi yolları, hesablaşma sistemlərinin inkişafı, kapital və investisiyaların hərəkəti, banklar və iri korporasiyaların qarşılıqlı əlaqəsi, yeni maliyyə xidmətlərinin inkişafı müzakirə olunur. Məsələn, CLS dünya valyuta mübadilə sisteminin yaradılması barədə qərar SIBOS-un gedişində qəbul olunub.

SIBOS müasir informasiya texnologiyalarının iri beynəlxalq sərgilərindən biridir. Ənənəyə görə, sərgi iştirakçıları dünyanın aparıcı texnoloji qərarlar tədarükçüləri, o cümlədən avtomatlaşdırılmış bank sistemləri istehsalçıları və sistem inteqratorları, dünyanın böyük bankları, maliyyə və klirinq təşkilatlarıdır.

Xəbər lenti

Xəbər lenti