...

Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 11:22 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,00021 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80372 manat səviyyəsində müəyyən edilib.
Azərbaycanın valyuta bazarının həftəlik xülasəsi

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,00021 bənd möhkəmlənib (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80372 manat səviyyəsində müəyyən edilib.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 12-13-nə 1 ABŞ dolları üçün 0,8038 manat, minimum isə iyulun 16-dan 1 ABŞ dollarına 0,8036 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

5 iyul

0,8036

12 iyul

0,8038

6 iyul

0,8036

13 iyul

0,8038

7 iyul

0,8036

14 iyul

0,8037

8 iyul

0,8036

15 iyul

0,8037

9 iyul

0,8037

16 iyul

0,8036

Həftə ərzində orta

0,80362

Həftə ərzində orta

0,80372

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi dəyişilməz qalıb. Orta məzənnə 1 ABŞ dollarına 0,8037 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilməyib; ona görə də məzənnə 0,8037 AZN/USD səviyyəsində saxlanılıb.

Manatın ABŞ dollarına münasibətdə birja məzənnəsi:

5 iyul

0,8039

12 iyul

0,8037

6 iyul

0,8039

13 iyul

0,8037

7 iyul

0,8039

14 iyul

0,8037

8 iyul

0,8039

15 iyul

0,8037

9 iyul

0,8037

16 iyul

0,8037

Həftə ərzində orta

0,80386

Həftə ərzində orta

0,8037

USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti son həftədə dəyişməz qalıb; alışı 9 manat, satışı 10 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqda fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən, təxminən, çeklərin 80 faizinin çıxarılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti