...

"Hyundai Auto Azerbaijan" "Gələcəyimiz üçün əl-ələ" xeyriyyə aksiyasının yekunlarını açıqlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 16:55 (UTC +04:00)
2009-cu ilin dekabr ayında "Hyundai Auto Azerbaijan" tərəfindən start verilən "Gələcəyimiz üçün əl-ələ" aksiyasının "Uşaqlarımız üçün əl-ələ" adlı ilk mərhələsi sona çatıb.
"Hyundai Auto Azerbaijan" "Gələcəyimiz üçün əl-ələ" xeyriyyə aksiyasının yekunlarını açıqlayıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

2009-cu ilin dekabr ayında "Hyundai Auto Azerbaijan" tərəfindən start verilən "Gələcəyimiz üçün əl-ələ" aksiyasının "Uşaqlarımız üçün əl-ələ" adlı ilk mərhələsi sona çatıb. Ötən müddət ərzində görülən işlər haqqında hesabat vermək üçün "Hyundai Auto Azerbaijan" mətbuat konfransı təşkil edib.

Mətbuat konfransında şirkətin təmsilçiləri qeyd ediblər ki, 6 ay ərzində şirkətə edilən bütün müraciətlər detallarına qədər araşdırılıb və bu müraciətlərdən 7-nə müsbət cavab verilib. Yardım edilən 7 ailənin - Təhməzovlar, Əzizovlar, Əliyevlər, Nəzirovlar, Abdullayevlər, Mürsəliyevlər və Rəsulzadələr - hər birinin maddi durumu digər müraciət edənlərdən köklü surətdə seçildiyi üçün onlara ayrılan yardım məbləğləri də 15 ailə üçün nəzərdə tutulan qədər olub. Bu ailələrdən 7-də də ailə başçıları - atalar, birində eyni zamanda ana, ikisində isə hətta digər övladlardan da həlak olanlar var. Demək olar, ailələrin heç birində çalışan yoxdur. Bir neçə ailənin ev şəraiti və sağlıq durumu xüsusən ağırdır.

"Hyundai Auto Azerbaijan"ın nümayəndələri Bakı ilə yanaşı, Ağsu, Cəlilabad, Şəkidə yaşayan hər 7 ailə ilə yaxından tanış olub. Bu ailələrin bəzilərinə birbaşa yardım edilib. Digərləri üçün isə hesab açılıb və bu hesabdan onlara hər ay yardım ödəniləcək.

"Hyundai Auto Azerbaijan" hər zaman olduğu kimi, gələcəkdə də sosial aksiyalarını davam etdirmək əzmindədir.

Xəbər lenti

Xəbər lenti