...

Azərbaycanda çörək istehsalçısı istehsal prosesindəki bütün çatışmazlıqları aradan qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 20:26 (UTC +04:00)
Çörək istehsalı üzrə fəaliyyət göstərən "Sərham" MMC-də aparılan araşdırma zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sınaq mərkəzinə təqdim olunmuş nümunələrin analizləri aparılıb.
Azərbaycanda çörək istehsalçısı istehsal prosesindəki bütün çatışmazlıqları aradan qaldırıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

Çörək istehsalı üzrə fəaliyyət göstərən "Sərham" MMC-də aparılan araşdırma zamanı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sınaq mərkəzinə təqdim olunmuş nümunələrin analizləri aparılıb. Bu barədə Dövlət Komitəsinin cümə günü yayılan məlumatında deyilir.

Müəssisədə istehsal olunan əla növ buğda unundan hazırlanan çörək keyfiyyət göstəricilərinə görə normativ sənədin tələblərinə uyğun olub.

Müəssisədə istifadə olunan xammallarla bağlı çatışmazlıqlar aradan qaldırılıb.

Əvvəlcə müəssisədə araşdırma aparılan zaman müəyyən olunmuşdu ki, çörəyin istehsalı zamanı istifadə olunan xammallar (un və duz) normativ sənədlərin tələblərinə uyğun saxlanılmır.

Sexdə araşdırma zamanı çörəyin hazırlanmasında istifadə olunan mənşəyi məlum olmayan çəkisi 50 kq olan 30 kisə un və çəkisi 30 kq olan 43 kisə duz aşkar edilmişdi. Müəssisədə istehsal olunan çörəyin sınağı üçün mövcud olan laboratoriya tələblərə cavab verməyib. Çörəyin müayinəsinin mütəmadi aparılmadığı və bununla da çörəyin keyfiyyətinə təminat verilmədiyi məlum olmuşdu.

İstehsal prosesində normativ sənədlərin tələblərindən (QOST 28808-90) yayınma halı aşkar olunmuşdu: çörəyin duzluluğunun artırılması və göbələk xəstəliyinin qarşısının alınması üçün normativ sənəddə nəzərdə tutulmayan uksus turşusundan istifadə edilmişdi.

Xəbər lenti

Xəbər lenti