...

Ticari münasibətlərin genişlənməsi Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq prioriteti hesab olunur – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2010 13:50 (UTC +04:00)
Türkmənistanla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq prioriteti kimi, iki ölkə iqtisadiyyatı və millətlərin rifahının artmasına təkan verəcək ticari-iqtisadi əlaqələrin gələcəkdə genişlənməsini hesab etmək olar. Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov belə düşünür.
Ticari münasibətlərin genişlənməsi Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq prioriteti hesab olunur – səfir

Аzərbaycan, Bakı, 26 avqust /Trend, müxbir S.Ağayeva/

Türkmənistanla Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq prioriteti kimi, iki ölkə iqtisadiyyatı və millətlərin rifahının artmasına təkan verəcək ticari-iqtisadi əlaqələrin gələcəkdə genişlənməsini hesab etmək olar. Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov belə düşünür.

"Hazırda Türkmənistan yüksək inkişaf etmiş sənaye potensialı olan ölkəyə çevirilib. Son illər ölkədə onlarca müasir istehsal obyekti yaradılıb.Texnoloji xətlər müasirləşdirilir, yeni rəqabətqabiliyyətli mallar istifadəyə verilir. Hazırda türkmən istehsalçılarının mallarını Avropa, Amerika və Asiyanın bazarlarında görmək olar.

İxrac olunan mallar içərisində - yüksəkkeyfiyyətli neft məhsulları, o cümlədən, baza yağları, polipropilen, koks, maye qaz və digər neft-kimya məhsullarını göstərmək olar", - cümə axşamı Trend-ə səfir bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdə Türkmənistanın toxuculuq sənayesi məhsullarına tələbat daha çoxdur.

İxrac edilən mallara qida sənayesi, mineral gübrələr, tikinti materialları sənayesi məhsullarını və s. misal göstərmək olar.

"Türkmənistan Azərbaycan və həmçinin, bütün qonşu qardaş ölkələrlə möhkəm və uzunmüddətli ticari əlaqələrin qurulmasında maraqlıdır və həmin ölkələrin fəaliyyət göstərən şirkətlərini türkmən tərəfdaşları ilə qarşılıqlı əməkdaşlığın inkişafına çağırır", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti