...

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu ilin birinci yarısının yekunları üzrə RBK reytinqinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2010 12:14 (UTC +04:00)

Аzərbaycan, Bakı, 27 avqust /Trend /

Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu olan "ABB-Moskva" ilin birinci yarısının yekunları üzrə RBK-nın "Rusiyanın ən iri bankları: 2010-cu ilin 1-ci yarısının yekunları" reytinqinə daxil olub. Bu barədə bankın məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, bank reytinqdə xalis aktivlər üzrə 141-ci mövqeni (15 050,18 milyon rubl) tutub; il ərzində göstəricidə dəyişikliklər 47,23 faiz (2009-cu il iyulun 1-də 10 901,21 milyon rubl) təşkil edib.

Bank likvid aktivlər üzrə (723,49 milyon rubl) 274-cü mövqeni tutub; il ərzində dəyişiklik 98,18 faiz (2009-cu ilin müvafiq dövründə 365,06 milyon rubl); kredit portfeli üzrə 127-ci mövqe (7 729,32 milyon rubl), il ərzində dəyişiklik 11,5 faiz (6 932, 21 milyon rubl); fiziki şəxslərin kreditləri üzrə 161-ci mövqe (1076,68 milyon rubl), il ərzində dəyişiklik 38,35 faiz (778,23 milyon rubl); hüquqi şəxslərin kreditləri üzrə 116-cı mövqe (6 652,64 milyon rubl), il ərzində dəyişiklik 8,1 faiz (6 153,97 milyon rubl); depozit portfeli üzrə 220-ci mövqe (4 940,29 milyon rubl), il ərzində dəyişiklik 55,77 faiz (3 171,51 milyon rubl); fiziki şəxslərin depozitləri üzrə 297-ci mövqe (1 248,35 milyon rubl), il ərzində dəyişiklik 74,85 faiz (713,97 milyon rubl); hüquqi şəxslərin depozitləri üzrə 164-cü mövqe (3 691,94 milyon rubl), il ərzində dəyişiklik 50,23 faiz (2 457,54 milyon rubl) təşkil edib.

"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu, Rusiya ərazisində 100 faizlik Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə bankdır.

Xəbər lenti

Xəbər lenti