...

Biləcəri qəsəbəsi istiqamətindəki yol, ən azı, bir aydan sonra açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2010 14:10 (UTC +04:00)
Bugündən etibarən, Bakı dairəvi yolunun inşası çərçivəsində Biləcəri qəsəbəsinə Yeni Yasamal qəsəbəsindən giriş bağlanacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyindən bildiriblər.
Biləcəri qəsəbəsi istiqamətindəki yol, ən azı, bir aydan sonra açılacaq

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir E.İsmayılov/

Bugündən etibarən, Bakı dairəvi yolunun inşası çərçivəsində Biləcəri qəsəbəsinə Yeni Yasamal qəsəbəsindən giriş bağlanacaq. Bu barədə çərşənbə axşamı Azərbaycan Nəqliyyat Nazirliyindən bildiriblər.

Onun sözlərinə görə, bu istiqamət nəzərdə tutulan işlər başa çatanadək bağlı olacaq. Mənbənin fikrincə, işlər, ən azı, bir ay davam edəcək.

"Bugündən etibarən, Yeni Yasamal qəsəbəsindən gələn yol müvafiq tikinti işlərinin görülməsi üçün bağlanacaq. Bu istiqamətin açılması işlərin gedişindən asılı olacaq, lakin mənə elə gəlir ki, bu, ən azı, bir ay vaxt aparacaq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, Biləcəri qəsəbəsi istiqamətində nəqliyyat vasitələri sahibləri tərəfindən istifadə oluna bilinən digər alternativ yollar var.

Xəbər lenti

Xəbər lenti