...

Bakıda Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın dəstəyi ilə beynəlxalq seminar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2010 16:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) ilə Böyük Britaniya Mərkəzi Bankı ("Bank of England") yanında Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində Bakıda "Pul siyasəti və əməliyyatlar, maliyyə sabitliyində onların qarşılıqlı əlaqələri" mövzusunda beynəlxalq seminar keçirilir.
Bakıda Azərbaycan Mərkəzi Bankı və Böyük Britaniyanın dəstəyi ilə beynəlxalq seminar keçirilir

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) ilə Böyük Britaniya Mərkəzi Bankı ("Bank of England") yanında Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində Bakıda "Pul siyasəti və əməliyyatlar, maliyyə sabitliyində onların qarşılıqlı əlaqələri" mövzusunda beynəlxalq seminar keçirilir. Bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatında deyilir.

Sentyabrın 9-dək davam edəcək seminar çərçivəsində pul siyasəti və maliyyə sabitliyi arasında ınisbət məsələləri, pul siyasətinin transmissiya mexanizmləri, maliyyə köpüyü və prudensial idarəetmə məsələlərinin müzakirəsi keçiriləcək.

AMB İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayevin sözlərinə görə, Azərbaycan qlobal iqtisadi böhrana qarşı qabaqlayıcı tədbirləri uğurla həyata keçirib. "Post-böhran şəraiti dünya ölkələrinin mərkəzi bankları qarşısına yeni vəzifələr qoydu. Birinci dərəcəli tapşırıqlardan biri pul siyasəti dizaynının təkmilləşdirilməsi və prudensial idarəetmənin makroiqtisadi səmərəliliyinin artırılmasıdır", - Abdullayev deyib.

Seminar təcrübəli peşəkarlar, pul siyasəti, maliyyə sabitliyi və bazar əməliyyatları sahələrini təmsil edən orta səviyyəli menecmentlər üçün nəzərdə tutulub. Seminarda Rusiya, Türkiyə, Gürcüstan, Litva və Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti