...

Azərbaycan və ABŞ "çirkli pullar"ın yuyulması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 18:31 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və çərşənbə axşamı Bakıya gələn ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livi iki ölkə arasında "çirkli pullar"ın yuyulması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu barədə AMB-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan və ABŞ "çirkli pullar"ın yuyulması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov və çərşənbə axşamı Bakıya gələn ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livi iki ölkə arasında "çirkli pullar"ın yuyulması və terrorizmlə mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu barədə AMB-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Görüş çərçivəsində Mərkəzi Bankın rəhbəri qeyd edib ki, ölkəmizin ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən biri "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədir.

"Azərbaycan 2002-ci ildən bu təşəbbüslərə qoşulub və bu əməkdaşlığın real nəticələrini görürük. Əminik ki, sizin gəlişisiniz bu münasibətlərin inkişafına müsbət təsir göstərəcək" , - deyə Mərkəzi Bankın sədri Elman Rüstəmov vurğulayıb.

Məlumatda deyildiyinə görə, o, təmsil etdiyi qurumun Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirərək qeyd edib ki, bu onun Azərbaycana ilk səfəridir və səfər çərçivəsində keçirdiyi görüşlər çox məhsuldar olub.

"Biz də son illər "çirkli pullar"ın yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndiririk. Ümid edirəm, münasibətlərimiz gələcəkdə daha intensiv inkişaf edəcək", -  Levi bildirib.

Görüşdə Azərbaycan Mərkəzi Bankı ilə ABŞ Maliyyə Nazirliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti