...

Azərbaycan brokerləri IPO-nun uğurla həyata keçirilməsi təcrübəsi ilə tanış olublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2010 20:25 (UTC +04:00)
Oktyabrın 26-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Bakı Fond Birjasında həyata keçirilən "Kapital bazarları üzrə treninq" layihəsi çərçivəsində Zaqreb Fond Birjasının keçmiş sədri Roberto Motusik tərəfindən IPO (Initial Public Offering - İlkin Kütləvi Yerləşdirmə) mövzusunda treninq keçirilib.
Azərbaycan brokerləri IPO-nun uğurla həyata keçirilməsi təcrübəsi ilə tanış olublar

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

Oktyabrın 26-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Bakı Fond Birjasında həyata keçirilən "Kapital bazarları üzrə treninq" layihəsi çərçivəsində Zaqreb Fond Birjasının keçmiş sədri Roberto Motusik tərəfindən IPO (Initial Public Offering - İlkin Kütləvi Yerləşdirmə) mövzusunda treninq keçirilib. Bu barədə BFB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Treninqdə Azərbaycanın fond bazarında fəaliyyət göstərən ən fəal broker şirkətlərinin nümayəndələri iştirak ediblər.

"Treninqdə dinləyicilərə bazara çıxmaq üçün şirkətlərin seçim meyarları, IPO prosesinə cəlb olunan bütün maraqlı tərəflərin fəaliyyət planları və Avropa bazarlarında uğurlu IPO nümunələri barədə məlumat verilib", - məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti