...

Azərbaycanda beşinci prosessinq sistemi işə salınır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2010 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "RoyalBank" ASC "Compass Plus" proqram kompleksi bazasında yaradılmış tam şəkildə fəaliyyət göstərən "RoyalCard" prosessinq sisteminin istifadəyə verilməsini elan edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

"RoyalBank"ın müvafiq qərarı bankın kart biznesinin uğurlu inkişafı üçün istifadə ediləcək ki, bu da öz növbəsində EMV standartlı maqnit və çip kartlarının emissiyası daxil olmaqla, ödəniş kartı biznesi üzrə əməliyyatların səmərəliliyinin və keyfiyyətinin artırılmasına, eləcə də lokal kartların buraxılmasına əhəmiyyətli dərəcədə imkan yaradacaq. Bundan əlavə, "RoyalCard" proqram təminatı özündə real vaxt rejimində dələduzluq əməliyyatlarının monitorinqini və onların vaxtında qarşısının alınması üzrə proqram moduluna, eləcə də ödəniş terminallarının qoşulma modullarını, ödəniş kartları haqqında məlumatların hazırlanması və kartların şəxsiləşdirilməsini daxil edir.

"Compass Plus" bazasında yaradılmış yeni prosessinq sisteminin əsas məqsədi kart biznesində inkişaf və nağdsız ödənişlərin stimullaşdırılması planlarının yerinə yetirilməsinə rəvac verəcək bankdaxili kart biznesinin idarə edilməsinin strateji əhəmiyyətli proseslərinə nəzarətin tam təmin edilməsindən ibarətdir.

"RoyalCard" sisteminin imkanlarının geniş əhatə dairəsi ona elektron və mobil kommersiya biznesində ödənişlərin həyata keçirilməsi daxil olmaqla, müxtəlif qurğu və vasitələrdən istifadə etməklə müştərilərə çoxkanallı xidmət göstərilməsinin idarə edilməsinə və səmərəli şəkildə dəstəklənməsinə imkan yaradacaq. "RoyalCard" məhsulları adi debet və kredit kartları daxil olmaqla unikal kombinələşdirilmiş hibrit kartlaradək ödəniş biznesinin bütün aspektlərinə, habelə loyallıq proqramlarının həyata keçirilməsi imkanlarına sahibdir. "RoyalBank" VISA Int (VISA) beynəlxalq ödəniş sistemlərinə "RoyalCard" prosessinq sisteminin birbaşa qoşulması üçün sertifikatlaşdırmadan keçib, eləcə də MasterCard Worldwide (MasterCard), JCB və CUP-a (Union Pay) birbaşa qoşulma layihələrinin son mərhələsindədir.

"Compass Plus" kimi müasir proqram kompleksi bazasında şəxsi prosessinq sisteminin tətbiqi bank daxilində kart biznesinin idarə edilməsinin əsas proseslərinə nəzarəti təmin edəcək, eləcə də bizim rəqabət üstünlüklərimizi nəzərəçarpacaq dərəcədə artıracaq, - İdarə Heyətinin sədr müavini Fərid Həsənov bidirib. - Müasir və böyük potensiala malik çevik və səmərəli sistemi seçməklə, "RoyalBank" uzun illər öz kapital yatırımlarının etibarlı müdafiəsini təmin edib".

"RoyalBank" Azərbaycanda fəaliyyət göstərən, paytaxt Bakıda və ölkənin rayonlarında 32 filiala malik kommersiya bankıdır. Bank 1993-cü il avqustun 2-də "ÖZBANK"ın birgə kommersiya bankı kimi yaradılıb.

Hazırda Azərbaycanda dörd prosessinq mərkəzi fəaliyyət göstərir. Bunlar "Azericard", "MilliKart", "TexKart" və "KapitalBank" prosessinqidir.

Xəbər lenti

Xəbər lenti