...

Şimal – cənub koridoru Azərbaycana və İrana fayda gətirəcək - İran prezidenti Mahmud Əhmədinejad

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2010 02:06 (UTC +04:00)
Azərbaycan – İran – Fars körfəzi yolu Şimal-Cənub koridoru çərçivəsində çox yaxşı koridordur. Bu barədə İran prezidenti Mahmud Əhmədinejad "Lider" televiziyasına verdiyi ekskluziv musahibəsində deyib.
Şimal – cənub koridoru Azərbaycana və İrana fayda gətirəcək - İran prezidenti Mahmud Əhmədinejad

Azərbaycan, Bakı, 16 noyabr /Trend müxbiri T.Cəfərov/

Azərbaycan - İran - Fars körfəzi yolu Şimal-Cənub koridoru çərçivəsində çox yaxşı koridordur. Bu barədə İran prezidenti Mahmud Əhmədinejad "Lider" televiziyasına verdiyi ekskluziv musahibəsində deyib.

Onun sözlərinə görə, hər iki xalq, hökümət və tacirlərin xeyrinədir ki, bu koridordan istifadə etsinlər. Bu istiqamətdə həm dəmir yolu və həm də maqistral yol potensialından istifadə etmək olar.

Hazırda İranın üzərində olan hissə, yəni Qəzvin- Rəşt və Astara dəmir yolu layihəsi icra olunur, Mahmud Əhmədinejad deyib.

İran prezidentinin sözlərinə görə digər bir dəmir yolu da çəkilir. Bu da Ərdəbildən - Parsabad istiqamətindədir. Bu iki layihə ölkənin inkişaf proqramında yer alıb üzərində iş gedir və icra olunur.

"Ümid edirəm ki, yaxın beş ildə layihələrin icrası başa çatacaq. Maqistral yollarımızda əlverişli şərait var, lakin buna baxmayaraq bu yollarda da potensialımızı artıra bilərik", Mahmud Əhmədinejad "Lider" televiziyasına verdiyi ekskluziv musahibəsində deyib.

Xəbər lenti

Xəbər lenti