Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda torpağın torpaq mülkiyyətinin kateqoriyaları üzrə bölüşdürülməsini nəzərdə tutan torpaq islahatının birinci mərhələsi tam başa çatıb. Bu barədə cümə günü hakim Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında mətbuat konfransında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
"Torpaq və mülkiyyət islahatının birinci mərhələsi çərçivəsində ölkədə mövcud olan 2042 təsərrüfat əhali arasında əvəzsiz bölüşdürülüb", - Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bu günə 3,5 milyon nəfər və ya 874 ailə torpağı əvəzsiz mülkiyyətə alıb, 41 təsərrüfatda islahatlar qismən aparılıb və onlar ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balansına verilib.
Dövlət Komitəsi rəhbərinin sözlərinə görə, torpaq və aqrar islahatların keçirilməsində əsas məqsəd əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, orta təbəqinin formalaşdırılmasına dəstək, eləcə də əhalinin müxtəlif kateqoriyalı şəxsləri üçün torpaq üzərində mülkiyyət hüququnun alınması məqsədilə şəraitin yaradılmasıdır.
Məmmədovun sözlərinə görə, torpaq islahatı çərçivəsində vacib addım odur ki, xarici vətəndaşlar ölkədə torpaq mülkiyyətinə sahib ola bilmirlər. Xaricilər yalnız icarə və torpaq sahələrinin müvəqqəti istifadəsi hüququna malikdirlər.
Ölkədə torpaq islahatı 1995-ci ildə başlayıb.
Azərbaycanın 8 641 506 hektar ümumi ərazisinin 56,9 faizi (4 913 639 hektar) dövlət, 23,5 faizi (2 032 744 hektar) bələdiyyə və 19,6 faizi (1 695 123 hektar) şəxsi mülkiyyətdədir. Azərbaycanda həyata keçirilən torpaq islahatı çərçivəsində torpaq mülkiyyətinin üç forması müəyyənləşdirilib.