...

Azərbaycanın nümayəndə heyəti IMO-nun Təhlükəsizlik komitəsinin 88-ci sessiyası çərçivəsində işini başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2010 15:46 (UTC +04:00)
Beynəlxalq Dəniz Təşkilatının (IMO) iştirakçı ölkələri dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaya əməl olunması üçün məcburi auditor yoxlamalarının aparılmasının təkmilləşdirilməsi məsələsini müzakirə ediblər.
Azərbaycanın nümayəndə heyəti IMO-nun Təhlükəsizlik komitəsinin 88-ci sessiyası çərçivəsində işini başa vurub

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Beynəlxalq Dəniz Təşkilatının (IMO) iştirakçı ölkələri dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaya əməl olunması üçün məcburi auditor yoxlamalarının aparılmasının təkmilləşdirilməsi məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının bazar ertəsi yayılan məlumatında deyilir.

Məsələ noyabrın 24-dən dekabrın 3-dək Londonda keçirilən IMO-nun Təhlükəsizlik komitəsinin 88-ci sessiyasında müzakirə edilib. 164 ölkənin, eləcə də müxtəlif beynəlxalq təşkilatların nümayəndəsinin iştirak etdiyi sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiya zamanı dəniz ətraf mühitinin qorunması və axtarış-xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi məsələləri müzakirə edilib. IMO-nun iştirakçı ölkələri təsnifat cəmiyyətlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi mexanizminin üsullarını, piratçılığın qarşısının alınması istiqamətində beynəlxalq təşkilatların silahlı qüvvələrinin səfərbərliyi üzrə görülmüş işləri müzakirə ediblər.

Sessiyada ARDDA-nın rəhbəri Qüdrət Qurbanov dəniz nəqliyyatı sahəsində dünyanın aparıcı ölkələrinin dəniz administrasiyalarının rəhbərləri ilə görüşlər keçirərək, respublikada dəniz nəqliyyatı sahəsində və iqtisadiyyatın digər sahələrində görülən işləri müzakirə edib.

Nümayəndə heyəti bildirib ki, respublikaya müasir tələblərə cavab verən avadanlıqlar gətirildikdən və qısa müddət ərzində lazımi işlər başa çatdıqdan sonra tanıma və müşahidə üzrə Milli mərkəz fəaliyyətə başlayacaq.

Sessiya zamanı IMO-nun baş katibi admiral Eftimios Mitropoulosun piratçılıqla mübarizə sahəsində aparılan işlərlə bağlı məruzəsi təqdim edilib.

Sessiyanın yekunları üzrə Beynəlxalq Dəniz Təşkilatının Dənizdə təhlükəsizlik komitəsinin yeni katibi seçilib. Yeni katib yekdilliklə seçilən Neil Ferrer olub.

Xəbər lenti

Xəbər lenti