...

Azərbaycan Nəqliyyat Nazirliyi ölkədə ən uzun körpünü istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2010 12:46 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi Şəkinin İnçə kəndində Şin çayının üzərində yerləşən, ölkədə ən uzun körpünü istismara verib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycan Nəqliyyat Nazirliyi ölkədə ən uzun körpünü istismara verib

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi Şəkinin İnçə kəndində Şin çayının üzərində yerləşən, ölkədə ən uzun körpünü istismara verib. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Yeni körpünün uzunluğu 1300 metr, eni isə 13 metr təşkil edir. Qoruyucu qurğuların uzunluğu 1240 metrdir. Yeni körpü Şəki və Qax rayonları arasında yerləşən kəndləri birləşdirir. Şəki rayonunun 21 kəndini əhatə edən körpü 34 min nəfər əhalinin ehtiyacını ödəyəcək.

Bütünlükdə yol qovşağı altı körpü və beş kanaldan ibarətdir. Onun inşasına 2007-ci ildə başlanılıb.

Açılış mərasimində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov iştirak ediblər.

Açılış mərasimində nəqliyyat nazirinin dediyi kimi, son üç il ərzində Bakının yol infrastrukturunun inkişafı və ölkənin əsas magistral yollarının yenidən bərpasına həm dövlət büdcəsinin vəsaitləri, həm də beynəlxalq təşkilatların kreditləri hesabına üç milyard manat sərf olunub.

Xəbər lenti

Xəbər lenti