...

Azərbaycanın sığorta şirkəti "Standard Insurance" 2011-ci ildə yığımları iki dəfə artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2010 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanın sığorta şirkəti "Standard Insurance" ilin sonunadək sığorta haqlarının həcmini 8,5 milyon manata çatdırmaq niyyətindədir. Bu barədə çərşənbə günü şirkətin idarə heyətinin sədri Kamal İbrahimov deyib.

"Şirkətin 2011-ci il üçün yığımların həcmi üzrə planları çox genişdir. Biz sığorta haqlarının iki dəfə artacağını gözləyirik", - İbrahimov bildirib.

11 ay ərzində şirkət tərəfindən 7,8 milyon manat, o cümlədən həyat sığortası üzrə 231 min manat, icbari sığorta növləri üzrə 762 min manat, digər könüllü sığortalar üzrə 6,8 milyon manat məbləğində sığorta haqqı yığılıb. Sığorta ödənişlərinin ümumi məbləği 1,9 milyon manat təşkil edib.

"Standard Insurance" riteyl (pərakəndə) şirkətdir, buna görə fəaliyyətin strategiyası sığortanın fərdi növlərinin, yəni fərdi şəxslərin avtomobil və əmlaklarının sığortalanmasına və inkişafına yönəlib. Bu növlərə üstünlük verilməsinə baxmayaraq, şirkətin portfelinin böyük hissəsini təşkil edən korporativ müştərilərə də xidmətlər göstərilir", - İbrahimov əlavə edib.

Ölkədə bank kreditləşməsinin həcminin sığorta şirkətlərinin biznesinə təsirinin azalmasına toxunan İbrahimov vurğulayıb ki, şirkətin portfeli həmişə ölkədəki sığorta bazarının ümumi vəziyyəti ilə uyğunlaşdırılaraq seçilir.

"Əlbəttə, bank sektorunda kreditləşmənin həcminin azaldılması avtomobil sığortası üzrə sığorta haqlarının güclü azalmasına gətirib çıxartdı. Lakin ümumilikdə bu enmə sığortanın digər növləri üzrə sığorta haqlarının azalması ilə üst-üstə düşüb, buna görə də sığorta portfeli strukturunda müəyyən balans qalıb", - şirkət rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti