...

Azərbaycanda 300-ə yaxın mənşəyi məlum olmayan Yeni il hədiyyəsi aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 15:58 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqlərin gedişi zamanı ümumi çəkisi 87 kiloqrama yaxın olan 298 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar edib.
Azərbaycanda 300-ə yaxın mənşəyi məlum olmayan Yeni il hədiyyəsi aşkar edilib

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Yeni il hədiyyələri ilə bağlı monitorinqlərin gedişi zamanı ümumi çəkisi 87 kiloqrama yaxın olan 298 ədəd mənşəyi bəlli olmayan Yeni il hədiyyəsi aşkar edib, onları satışdan çıxarıraq məhv edib. Bu barədə xidmətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara yeni il hədiyyəsi alarkən diqqətli olmağı, hədiyyə qutularının üzərində istehsalçının adı, ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi, saxlama müddəti və s. məlumatların olmasına diqqət yetirməyi tövsiyə edir.

Xəbər lenti

Xəbər lenti