...

Azərbaycanda nağd olmayan ödənişlərin stimullaşdırılması məqsədilə yeni bank məhsulu təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2010 17:05 (UTC +04:00)
Azərbaycan bankı "Royal Bank" və "Smart Media Group" bu günə Azərbaycanda yeganə və birinci "Citi Card" güzəştli bank kartını təqdim ediblər.
Azərbaycanda nağd olmayan ödənişlərin stimullaşdırılması məqsədilə yeni bank məhsulu təqdim edilib

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Royal Bank" və "Smart Media Group" bu günə Azərbaycanda yeganə və birinci "Citi Card" güzəştli bank kartını təqdim ediblər.

"Smart Media"dan olan layihənin rəhbəri İlhamə Əliyevanın sözlərinə görə, bundan sonra "Сity Card" təkcə güzəştli kart deyil, həm də ödənişli bank kartıdır. VISA kartı Bakıda 500 xidmət məntəqsinə qoşulub.

"Royal Card"ın layihə meneceri Nadir Şükürovun sözlərinə görə, bütün müştərilərə "Internet Banking" xidməti də göstəriləcək.

"Layihənin əsas məqsədi bankın ölkədə həyata keçirilən nağd olmayan ödənişlərin stimullaşdırılması proqramına dəstəkdir. Buna görə müştərilər üçün güzəştlərlə yanaşı, bonusların verilməsi də nəzərdə tutulur. Əməliyyatın hər 10 manatına bir bonus veriləcək", - Şükürov qeyd edib.

Onun sözlərinə görə, bu gün paketə iki bank kartı - VISA Virtual və VISA Electron daxildir, lakin gələcəkdə kart növlərinin və ödəniş sistemlərinin çeşidi genişləndiriləcək.

"Bundan başqa, artıq gələn ildən bank "Сity Card" kredit kartlarının buraxılmasına başlamaq niyyətindədir", - o bildirib.

"Сity Card" Bakı şəhərinin 500 müəssisəsində güzəştlər əldə etmək, bütün dünyada ticarət servis müəssisələrində mal və xidmətlərə görə ödənişlər etmək, eləcə də istənilən ölkənin bankomatlarından istənilən valyutada nağd pul çıxartmağa imkanı verir. Müştərinin xidmət məntəqələrində əldə edə biləcəyi güzəştlər 5 faizlə 50 faiz arasında dəyişir.

Xəbər lenti

Xəbər lenti