...

Dünya Bankı və Azərbaycan hökuməti CAPSAP layihəsi çərçivəsində saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2010 11:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir N.İsmayılova/

Dünya Bankı (DB) və Azərbaycan hökuməti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən tranşın ayrılmasını təmin etmək məqsədilə dövlət sektorunda hesab layihəsi (CAPSAP) üzrə qrant sazişi imzalayacaqlar. Bu barədə bazar ertəsi DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Dekabrın əvvəllərində SECO ilə Azərbaycan hökuməti arasında qrant sazişi imzalanıb, lakin bu, üçtərəfli saziş olduğundan və DB-nin SECO qrantına inzibatçılıq edəcəyindən gələn il DB və hökumət də saziş imzalayacaqlar", - bankdan deyiblər.

Bankdan xəbər verildiyi kimi, DB və hökumət artıq sənədin imzalanması üçün hazırlıq işlərinə başlayıblar.

SECO ölkənin Hesablama Palatası ilə birgə həyata keçirilən layihənin subkomponentinin maliyyələşdirilməsinə iki milyon dollar həcmində qrant ayırır.

Layihənin ümumi dəyəri 24 milyon dollar təşkil edir. Layihə üzrə kredit sazişi 2008-ci ilin sentyabrında imzalanıb. Layihənin həyata keçirilməsi 2012-ci il dekabrın sonunadək davam edəcək.

Layihə DB-nin 11 milyon dollar məbləğində krediti, Yaponiyanın PHRD fondunun (3 milyon dollar) və SECO-nun (2 milyon dollar) qrantları və Azərbaycan hökumətinin payı (8 milyon dollar) hesabına maliyyələşdirilir.

Azərbaycan kommersiya sektoru üçün artıq 28 milli standart hazırlayıb. Dünyada maliyyə hesab və auditin 35 standartı mövcuddur. Ölkədə IRFS-ə keçid dövlət sektoru üçün 2008-ci il yanvarın 1-dən başlayıb.

Xəbər lenti

Xəbər lenti