...

Prezident İlham Əliyev bir sıra hökümətlərarası sazişi təsdiqləyib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 07:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi hökümətlərarası sazişlərin təsdiqlənməsi haqqında bir sıra sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident İlham Əliyev bir sıra hökümətlərarası sazişi təsdiqləyib (YENİLƏNİB)

Sazişlərin təsdiq edilməsi barədə məlumat əlavə olunub (ikinci abzasdan sonra)

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi hökümətlərarası sazişlərin təsdiqlənməsi haqqında bir sıra sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb. 

O cümlədən, Azərbaycan və Özbəkistan arasında 2010-cu il sentyabrın 27-də Daşkənd şəhərində imzalanmış sənədlər - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin 2010-2012-ci illərdə qarşılıqlı fəaliyyəti haqqında Protokol", "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün Əməkdaşlıq Proqramı", Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası və Özbəkistan Respublikası Uçuşların Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Müfəttişliyi (Dövlətavianəzarət) arasında aviasiya personalı şəhadətnamələrinin qarşılıqlı tanınması haqqında Saziş", "Azərbaycan Respublikası Baş Prokurorluğu və Özbəkistan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş", "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Özbəkistan Milli Teleradio Şirkəti arasında Əməkdaşlıq Sazişi" və "Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu və Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında Müqavilə" təsdiq edilib. 

Həmçinin Azərbaycan və Ukrayna arasında 2010-cu il oktyabrın 28-də Kiyev şəhərində imzalanmış sənədlər - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş" və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Ukrayna Milli Teleşirkəti arasında əməkdaşlıq haqqında Saziş" təsdiqlənib. 

Azərbaycan Prezidenti həmçinin 2009-cu il oktyabrın 9-da Kişinyov şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin veteranlar təşkilatları haqqında Qərarı, 2010-cu il sentyabrın 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşdirmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum"u, 2010-cu il oktyabrın 8-də Havana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Kuba Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i, 2010-cu il oktyabrın 12-də Mexiko şəhərində imzalanmış "Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i, 2010-cu il oktyabrın 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Monqolustan Baş Gömrük İdarəsi arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol"u, 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş"i, 2010-cu il noyabrın 17-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu, 2010-cu il noyabrın 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Monteneqronun Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u, 2010-cu il noyabrın 24-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu, 2010-cu il noyabrın 15-də Ştutqart şəhərində imzalanmış "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı"nı və 2010-cu il oktyabrın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Koreya Respublikasının Strategiya və Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu da təsdiq edib.

Xəbər lenti

Xəbər lenti