...

Fitch Ratings Azərbaycan bankının qarşıdakı istiqraz buraxılışına uzunmüddətli reytinqini verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2011 13:22 (UTC +04:00)
Beynəlxalq reytinq agentliyi Fitch Ratings Texnika Finance B.V.-nin qarşıdakı istiqraz buraxılışına reytinq verib - gözlənilən uzunmüddətli reytinq "B-(exp)" və gözlənilən aktivlərin qaytarılması üzrə reytinq "RR4". Bu barədə agentliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Fitch Ratings Azərbaycan bankının qarşıdakı istiqraz buraxılışına uzunmüddətli reytinqini verib

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq reytinq agentliyi Fitch Ratings Texnika Finance B.V.-nin qarşıdakı istiqraz buraxılışına reytinq verib - gözlənilən uzunmüddətli reytinq "B-(exp)" və gözlənilən aktivlərin qaytarılması üzrə reytinq "RR4". Bu barədə agentliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

İstiqrazlar mənfi proqnozlu "B-" uzunmüddətli defolt emiteti reytinqi, qısamüddətli "B" DER, fərdi "D/E" reytinqi, "5" dəstək reytinqi və uzunmüddətli DER dəstək səviyyəsi "dəstək səviyyəsi olmayan" reytinqinə malik Azərbaycan bankı Texnika Bank tərəfindən yalnız Azərbaycan kreditlərinin maliyyələşdirilməsində istifadə edilə bilər.

Final reytinqlər əsasən bundan əvvəl əldə olunan məlumatlara uyğun gələcək yekun sənədlərin alınmasından sonra əldə oluna bilər.

Texnika Finance B.V. Niderland qanunvericiliyinə uyğun qeydiyyata alınan xüsusi hüquqi şəxsdir və o, istiqraz vərəqələri sahiblərinə yalnız Texnika Bank-dan alınan vəsaitin miqdarında ödəmələr həyata keçirəcək. Emitent öz hüquqlarının bir hissəsini istiqraz vərəqələri sahiblərinin maraqları daxilində BNY Corporate Trustee Services Limited şirkətinin kredit sazişi üzrə trast müqaviləsinə uyğun verəcək. Kredit sazişi üzrə tələblər qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla (müflisləşmə haqda, yoxsulluq, ləğvedilmə və s.) ən azı bankın kreditorlarının digər təmin olunmamış prioritet tələblərinin icra növbəliyinə bərabər hesab olunacaq.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondunun (sığortalanmış pərakəndə əmanətçilərin tələb hüququnun banka keçdiyi) tələbləri kreditorların təmin olunmamış prioritet tələblərindən daha yüksək prioritetliyə malikdir. 2010-cu ilin sonuna olan vəziyyətə görə, fiziki şəxslərin (sığortalanmış və sığortalanmamış) depozitlərinin ümumi həcmi milli hesabatlar üzrə hesabatlılığına görə, Texnika Bank-ın məcmu passivlərinin 39 faizini təşkil edir.

Kredit sazişi özündə Texnika Bank və onun törəmə strukturlarına qrup tərəfindən bir sıra ödəmələrin və dividend ödəmələrin aparılmasını, eləcə də bankla affilə olunmuş şirkətlər arasında aktivlərin qarışdırılmasını və satışını qadağan edən kovenantları ehtiva edir. Bununla yanaşı, sazişin şərtlərində öhdəliklərin çarpaz yerinə yetirilməməsi və qrupun məcmu aktivlərinin 15 faizinədək girova yol verən təminat şəklində aktivlərinin verilməsinə məhdudiyyətlər haqda qaydalar yer alıb.

Texnika Bank üzərinə birinci səviyyəli kapitalın və ümumi kapitalın kafiliyi göstəricisinin müvafiq olaraq 6 faiz və 12 faizdən az olmaması üzrə öhdəlik götürüb. İstiqraz vərəqələrinin sahibləri bankın əsas səhmdarlarının (səs verən səhmlərin ən azı 50 faizinə malik olan) ümumilikdə Texnika Banka nəzarət etməyi dayandıracaqları və bu hadisənin reytinqlərin düşəcəyinə səbəb olacağı halda onların vaxtından əvvəl ödənilməsi imkanı əldə edəcəklər.

2010-cu ilin sonlarında Texnika Bank Azərbaycan bankları arasında aktivlərinin böyüklüyü üzrə dördüncü yeri tutub və onun payına ölkənin bank sisteminin aktivlərinin 4 faizi düşüb.

Xəbər lenti

Xəbər lenti