...

2010-cu ildə Azərbaycanda satışdan 1,35 min tondan çox keyfiyyətsiz məhsul çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2011 20:22 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1350,7 ton müxtəlif növ ərzaq məhsullarını satışdan çıxarıb.
2010-cu ildə Azərbaycanda satışdan 1,35 min tondan çox keyfiyyətsiz məhsul çıxarılıb

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir N.İsmayılova/

2010-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1350,7 ton müxtəlif növ ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə cümə günü Şəmkir rayonunda "İstehlakçı hüquqlarının qorunması: reallıqlar-perspektivlər" mövzusunda keçirilən konfransda Dövlət Xidmətinin rəhbəri Zahid İsayev deyib.

"Bu məhsulların 297,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 615,7 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 372,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 2,5 tonu heyvanların yemlənməsinə yönəldilib, 31,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir", - İsayev qeyd edib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində 444,2 ton qeyri-ərzaq malları satışdan çıxarılıb.

"Bu malların 145,3 tonu məhv edilib, 227,7 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 71,2 tonu ilə bağlı araşdırmalar aparılır", - İsayev vurğulayıb.

İsayevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1740 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 2, 349 milyon manat cərimə edilib.

Bundan başqa istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 45 təsərrüfat subyektinə 183,7 min manat maliyyə sanksiyası tətbiq edilib.

Yanvarın 28-nə olan rəsmi məzənnə 0,7969 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti