...

"ASB Bank"ın aktivləri 2010-cu ildə təxminən 67% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2011 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral / Trend/

2011-ci il yanvarın 1-nə "Azərbaycan Sənaye Bankı"ın aktivləri 129,95 milyon manat təşkil edib. Ötən ilin əvvəlində bu göstərici 78,03 milyon manat olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankdan məlumat verilib. Bankın depozit portfeli 1,3 faiz azalaraq 97,248 milyon manat təşkil edib.

Bu dövr ərzində "ASB Bank"ın müştəri bazası 46 faiz artaraq 28 735 nəfər, plastik kartların sayı isə 57 faiz artaraq 17 397 ədəd təşkil edib.

Ötn ilin bankın faiz gəlirləri 43 faiz artaraq 9,271 milyon manat, komissiya gəlirləri 24 faiz artaraq 2,183 milyon manat, ümumi gəlir isə 12,424 milyon manat təşkil edib.

Bankın xərcləri 0,9 faiz azalaraq 11,229 milyon manat təşkil edib. Nəticədə bankın xalis gəliri 1,122 milyon manat təşkil edib.

2010-cu ildə "ASB Bank"ın ümumi kapitalı 4,8 faiz artaraq 25,908 milyon manata, nizamnamə kapitalı isə 11 faiz artaraq 22,114 milyon manata çatıb.

Ötən il ərzində bank tərəfindən əlavə olaraq altı bankomat və 33 POS-terminal quraşdırılıb. Ölkə üzrə bankın səkkiz filialı, 29 bankomatı və 290 POS-terminalı fəaliyyət göstərir.

"ASB Bank" 1996-cı ildə "CI Bank" kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda adını dəyişib.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7961 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti