...

Niderland şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoymaqda maraqlıdırlar - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb, bununla əlaqədar Niderland şirkətləri ölkə iqtisadiyyatına yatırımlarda maraqlıdırlar. Trend-in məlumatına görə, bu barədə Niderlandın Azərbaycandakı səfiri Aryen Peter Uyterlinden Azərbaycanın vergilər naziri Fazil Məmmədovla görüşündə bildirib.

Görüş zamanı tərəflər ölkələr arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Vergilər naziri Fazil Məmmədov görüş zamanı qeyd edib ki, Azərbaycan və Niderlandın vergi orqanlarının əməkdaşlığı haqqında memorandumun layihəsi artıq Niderlandın Maliyyə Nazirliyinə təqdim olunub. Azərbaycanlı nazir həmçinin hər iki ölkənin vergi administrasiyaları arasında artıq mövcud münasibətlərin inkişafının vacibliyini bəyan edib.

Məmmədov bildirib ki, 2008-ci ildən ölkələr arasında hökumətlərarsı sazişin imzalanmasına əsasən, ikiqat vergitutma aradan qaldırılıb ki, bu da iqtisadi əlaqələrin inkişafı baxımından çox vacibdir.

Xəbər lenti

Xəbər lenti