...

Azərbaycanın Antiinhisar Xidməti elektrik avadanlığı idxalçısına qarşı cərimə sanksiyası tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 18:09 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti elektrik avadanlığının idxalı və satışı ilə məşğul olan sahibkar Məhərrəm Quliyevə qarşı 2,5 min manat maliyyə sanksiyası tətbiq edib.
Azərbaycanın Antiinhisar Xidməti elektrik avadanlığı idxalçısına qarşı cərimə sanksiyası tətbiq edib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti elektrik avadanlığının idxalı və satışı ilə məşğul olan sahibkar Məhərrəm Quliyevə qarşı 2,5 min manat maliyyə sanksiyası tətbiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Sahibkara qarşı cərimə sanksiyası "Haqsız rəqabət haqqında" qanununun tələblərinin pozulmasına görə tətbiq edilib", - məlumatda deyilir.

Dövlət xidməti tərəfindən Quliyevə qarşı iş qaldırılıb.

Martın 2-nə olan rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti