...

"Caspian Financial ltd" yenidən Azərbaycanın broker xidmətləri bazarının lideri olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2011 18:39 (UTC +04:00)
İkinci yeri iki müştəriyə ümumi məbləği 30,96 milyon manat xidmət göstərən "Yapı Kredi İnvest" tutub.
"Caspian Financial ltd" yenidən Azərbaycanın broker xidmətləri bazarının lideri olub

Azərbaycan, Bakı, 3 mart /Trend/

2011-cu ilin fevralında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Caspian Financial ltd" MMC başçılıq edib. Şirkət üç müştəriyə 39,12 milyon manat məbləğində broker xidməti göstərib. Bu barədə birjanın cümə axşamı yaydığı məlumatda deyilir.

İkinci yeri iki müştəriyə ümumi məbləği 30,96 milyon manat xidmət göstərən "Yapı Kredi İnvest" tutub.

Göstərilən xidmətlər üzrə üçüncü yerdə 21,66 milyon manatlıq məbləğlə "BoB Broker"dir.

2011-ci ilin fevral ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi (AZN)

1 ( - )

1

"Caspian Financial ltd" MMC

17

3

36 812 031,01

2 ( - )

2

"Yapi Kredi İnvest" MMC

14

2

30 961 437,51

3 ( - )

3

"BoB Broker" MMC

10

1

21 664 749,80

4 ( - )

4

"Respublika İnvest" MMC

10

2

19 388 380,03

5 ( ▲ )

7

"Çelsi Kapital" MMC

11

5

9 551 223,01

6 (-)

6

"Brokdil-Az" MMC

2

1

2 091 691,60

7 ( ▼ )

5

"Texnika Kapital Menecment" MMC

1

1

1 499 788,29

8 ( - )

-

"Unicapital" ASC

1

1

399 715,56

Martın 3-nə olan rəsmi məzənnə 0,794 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti