...

Azərbaycan Nəqliyyat Nazirliyi Bakı ətrafında bir neçə yeni yol tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2011 10:59 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə on lotda tender elan edib.
Azərbaycan Nəqliyyat Nazirliyi Bakı ətrafında bir neçə yeni yol tikəcək

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə on lotda tender elan edib.

Birinci lot Ələt-Hacıqabul avtomobil yolunun təmirini, ikincisi Bibiheybət məscidi ilə Bayıl bazarı arasındakı (Bakı-Astara yolunun 4-7 kilometrliyində) yolun yeni trassa keçməklə tikintisini nəzərdə tutur.

Üçüncü lot Qala dəmiryolu stansiyasına və dəniz sahilindən "Zığ dairəsi - Heydər Əliyev adına hava limanı" yolunun tikintisini, dördüncü lot Bakı-Ələt yolunun 50-69-cu kilometrlik hissəsinin yenidən qurulmasını, beşinci М2 (336 kilometrlik) - Gəncə magistralının 11 metrlik hissəsinin əsaslı təmirini, altıncı Bakı-Şamaxı avtomobil yolunda 10 kilomertlik yol qovşağının tikintisini, yeddinci lot Bakı-Ələt yolunun 2-4-cü kilometrinədək (Bayıl qəsəbəsindən Dövlət bayrağı meydanınadək) yolun tikintisini, səkkizinci Goran-Naftalan yolunun əsaslı təmirini, doqquzuncu Kürdəmir-İmişli yolunun əsaslı təmirini, onuncu Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax (33 kilometr) hissəsinin əsaslı təmirini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti