...

Azərbaycan və Rusiya arasında qatarların yeni hərəkət qrafiki hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycandan Rusiya istiqamətində qatarların daimi hərəkət qrafikinin hazırlanması üzrə iş aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, hazırda qatarların martın 26-dək istifadə olunacaq müvəqqəti qrafiki qüvvədədir, bundan sonra yük və sərnişin qatarlarının daimi hərəkət qrafikinin tətbiqi planlaşdırılır.

"Ayın 26-dək qatarların müvəqqəti hərəkət qrafiki qüvvədə olacaq. Bundan sonra yeni daimi qrafik tətbiq ediləcək", - Əzməmədov qeyd edib.

Qatarların müvəqqəti hərəkət qrafiki fevralın 13-də tətbiq edilib. Bu, "Rusiya Dəmir Yolları"nın fevralın 4-dən təhlükəsizliyin təmin edilməsi məqsədilə Samur-Artezian (Şimali Qafqaz Dəmir Yolları) məntəqəsi üzrə sərnişin və yük qatarlarının hərəkətinin dayandırılması haqqının qərarı ilə əlaqədar olub.

Belə tədbirlərin görülməsi son vaxtlar Dağıstan ərazisində baş verən partlayışlarla bağlıdır.

Xəbər lenti

Xəbər lenti