...

2010-cu ildə Azərbaycanda 3 min soyuducu istehsal edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə "Bakı Çinar Soyuducuları" ASC 3 000 ədəd müxtəlif modifikasiyalı "Çinar" soyuducusu istehsal edib. Bu barədə hökumətin cümə günü təqdim etdiyi 2010-cu ilin yekunları üzrə hesabatında deyilir.

"Hazırda zavodda istehsal edilən məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə işlər davam etdirilir", - hesabatda deyilir.

Əvvəllər Bakı soyuducular zavodu kimi tanınan, hazırda onun bazasında yaradılmış "Bakı Çinar Soyuducuları" ASC-nin əsası 1959-cu ildə qoyulub. Ötən illər ərzində kiçik sex həcmində olan istehsal genişlənərək Qafqaz regionunda məişət soyuducuları üzrə ixtisaslaşmış yeganə böyük sənaye müəssəsinə çevrilib. Ötən əsrin 60-cı illərindən başlayaraq "Bakı", "Kaspi", "Xəzər", "Abşeron" adı altında məhsul istehsal edib. Hazırda "Çinar" adlı soyuducular istehsal olunur. 1980-1990-cı illərdə zavod ildə 320-360 min ədəd soyuducu istehsal etməklə kəmiyyət və keyfiyyət göstəricilərinə görə SSRİ-də soyuducu istehsalçıları arasında ən qabaqcıllar sırasında olub. İstehsal edilən məhsulun 50-60%-i Avropa, Asiya və Latın Amerikası ölkələrinə ixrac olunub. Müəssisədə 20-25 il bundan əvvəl istehsal olunmuş soyuducuların əksəriyyəti indi də işlək vəziyyətdədir və bunu alıcıların göndərdikləri təşəkkür məktubları da sübut edir.

Xəbər lenti

Xəbər lenti